Eksteryer Dizayn - 3D Visual

ZAHİRİ VALEHEDİCİ BİR BAXIŞ HƏSSASLIĞINI SİZLƏR ÜÇÜN YARATDIQ.

EKSTERYER DIZAYN

Eksteryer Dizayn

Tərtib etdiyimiz bir eksteryer dizayn xidməti ilə məqsəd sifarişçinin öz məkanı barədə ilk düşüncələri, buranın ümumi xüsusiyyətlərini nəzərə alaraq fərdi xüsusiyyətlər və cəlbedici bir görünüşlü məkanı dizayn etməkdir. Əgər bir konstruktiv iş layihəmizdə əsas məqsəd binanın təhlükəsizliyi və etibarlılığını təmin etmək dayanırsa, 

 eksteryer dizayn xidmətimizin inkişafı işində isə bir binanın başqalarından fərqləndirmək və görünüşünü orada yaşayan insan üçün xoş edəcək bir şəkildə edilməsindən ibarətdir.
Binanın eksteryer dizayn işinə xarici divarlar, döşəmə, pəncərələr, giriş qapıları, zirzəmilərin bəzəkləri, teras və s. daxildir. Bir məkanın xüsusi bir görünüşünü yaratmaq üçün peşəkar memar və dizayner təcrübələrindən istifadə edirik.

Fasad üçün Dizayn

Eksteryer  dizayn bir məkanın xarici görünüşündə fasadların dizaynı və binanın görünüşünün tərtibi üçün mütəxəssislər tərəfindən cizgi və vizualizasiya işinin yerinə yetirilməsidir. İşin gedişatı zamanı fasadların, damların dekorasiyası, pəncərələr, qapılar və digər elementlər üçün materiallar seçilir.

Redizayn

Memarlıq işindən fərqli olaraq eksteryer dizayn layihəsi yalnız tikinti başlamazdan əvvəl deyil, həm də mövcud bir tikili üçün də hazırlana bilər.

Yəni eksteryer dizayn işi sayəsində, artıq tikilmiş bir evin görünüşünü də dəyişdirmək mümkündür.

SUALLARINIZI BİZƏ GÖNDƏRİN