Landşaft Dizayn - 3D Visual

TƏBİƏT RESURSLARINI ZÖVQLÜ DİZAYNLA AHƏNGLƏŞDİRİRİK

LANDŞAFT DİZAYN

Landşaft dizayn – Sizin, məkanınızın eyvanından seyr edə biləcəyiniz, xəyallarınızdakı gözəl və rahat bir sahə.  Xidmət göstərdiyimiz Landşaft dizaynının imkanları demək olar ki, sonsuzdur. Bizim yaradacağımız landşaft dizayn işi sayəsində, məkanınızın bağ-bağça sahəsin tanınmaz hala gətirərək tamamilə dəyişdirə bilərsiniz. 

Xidmətimizə yalnız dalanların, bağ sahələrinin, qazon sahələrinin yaradılması deyil, eyni zamanda  istirahət zonalarının təşkili, işıqlandırma, həmçinin suvarma sistemlərinin texniki inkişafı da daxildir. Bu layihədə yaşıllıq sahəsini yaratmaq üçün ilk növbədə torpağın tərkibi müəyyən edilir. Buna uyğun olaraq tərtib edilə biləcək bitki növləri təyin edilir müştərinin istəyi də nəzərə alınaraq bir sahə yaradılır. 

Obyektinizdə işləmək üçün tərəfimizdən fərdi dizayn ayrılacaq, sizin bütün istəklərinizi nəzərə alaraq zövqünüzə uyğun dizayn tərtib ediləcəkdir. Əgər siz də qüsursuz bir landşaft dizayna sahib olmaq istəyirsinizsə o zaman vaxt itirmədən bizə müraciət edə bilərsiniz. Peşəkar xidmətimiz sayəsində siz arzuladığınız bir landşaft dizaynlı məkana qovuşacaqsınız.

SUALLARINIZI BİZƏ GÖNDƏRİN